Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 14
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 181
  • Bugünki hit: 49
  • Ümumi hit: 45971

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

«TƏRCÜMƏ NƏZƏRİYYƏSİ MÜSTƏVİSİNDƏ TÜRKİYƏ TÜRKCƏSİ və AZƏRBAYCAN DİLİ» KİTABI ÇAPDAN ÇIXIB

intizar85 Aprel 6, 2008 17:54

 

YENİ KTAB YENİ NEŞR

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Əsgər Rəsulovun «Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili» kitabı çapdan çıxıb

Kitabda müasir tərcüməşünaslığın ən yeni sahələrindən olan qohum dillərdən tərcümə nəzəriyyəsi müstəvisində türk dilləri ailəsinin iki qardaş dili – müasir Türkiyə türkcəsi və Azərbaycan dilinin materialları əsasında və sinxron planda şifahi və yazılı tərcümənin fonetik, leksik-semantik və qrammatik problemləri işıqlandırılır.

Kitab «Tərcüməşünaslıq prizmasından müasir Türkiyə türkcəsi və Azərbaycan dili iki müstəqil dil kimi», «Müasir Türkiyə türkcəsi və Azərbaycan dilinin ən mühüm fonetik, orfoqrafik və orfoepik fərqləri», «Müasir Türkiyə türkcəsi və Azərbaycan dilinin qrammatik fərqləri», «Tərcümə sənəti və qohum dillərdən tərcümə nəzəriyyəsi», «Türkcədən tərcümənin ümumleksik-semantik məsələləri», «Türkcədən tərcümənin tipik problemləri», «Türkcədən nəsr əsərlərinin tərcüməsində təhriflər», «Türkcədən şeir tərcümələrində təhriflər», «Türkcədən tərcümədə üslub problemləri» bölmələrindən ibarətdir.

Kitabın sonunda isə «Türkcə-azərbaycanca saxta ekvivalentlərin izahlı lüğəti» verilib. Lüğətdə «mütərcimin yalançı dostları» deyilən təxminən 1500-dən artıq türkcə və azərbycanca saxta ekvivalentin – iki qohum dildə ifadə planında örtüşən, lakin leksik-semantik baxımdan qeyri-adekvat kəlmənin düzgün mənaları izah edilib.

«Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində çapdan çıxan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, rəyçilər filologiya elmləri namizədi Allahşükür Qurbanov və BDU-nun türk filologiyası kafedrasının baş müəllimi Əli Əliyevdir.

Qeyd edək ki, dünyada yaşayan 200 milyonluq türk xalqlarının 100 milyonundan çoxunu Türkiyə və Azərbaycan xalqları təşkil edir. Türk xalqlarının dili, onların öyrənilməsi həmişə alimlərin diqqət mərkəzində olub. «Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili» kitabı bu yönümdə araşdırılmış və qələmə alınmış olduqca qiymətli elmi əsərlərdən biridir.

 “Deyerler” AİN
Şərhlər(0) Baxış sayı:123 MƏDƏNİYYƏT XƏBƏRLƏRİ «tərcümə nəzəriyyəsi müstəvisində türkiyə türkcəsi 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com