İRANDA FARS DİLİNDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNAN KİTAB ÇAPDAN ÇIXIB
intizar85 Aprel 6, 2008 17:37
Kitabın son səhifəsi isə Milli Qəhrəman Çingiz Mustafayevə həsr edilib
İranda ermənilərin Azərbaycanda törətdiyi Xocalı soyqırımına həsr olunan fars dilində “Be Yade Khojali” adlı kitab nəşr edilib
Bir qrup azərbaycanlı tələbə tərəfindən 2 min tirajla nəşr edilən kitabda Xocalı şəhəri, ermənilərin işğal zamanı törətdikləri qətliamlar və işgəncə faktları haqda məlumatlar əks olunub. Kitab üç bölmədən ibarətdir. Nəşrdə Qarabağın tarixinə də yer ayrılıb. Kitabın son səhifəsi isə Milli Qəhrəman Çingiz Mustafayevə həsr edilib. | ||
|
