Reklam verin!

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 69
  • Bugünki hit: 163
  • Ümumi hit: 45715

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

İLK AVROPALILAR KİM OLUB?

intizar85 Aprel 6, 2008 16:24

 

 İLK AVROPALİLAR
Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər


Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. Nature dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var. Qədim qalıqlar İspaniyanın şimalında, Burqos şəhəri yaxınlığındakı Atapuerka təpələrindəki bir mağarada aşkar edilib.

Tarixləndirmə texnologiyaları vasitəsi ilə müəyyən edilib ki, həmin daşlaşmış çənə və dişlərin bir milyon 200 min yaşı var. Qalıqlarla birgə bir neçə daş aləti də tapılıb. Avropada məlum olan ən erkən insanın tarixi son vaxtlar daim geriyə atılır. Son onilliyə qədər hesab olunurdu ki, yer üzündə ən qədim insan təxminən yarım milyon il bundan əvvəl yaşayıb. Amma son illərin arxeoloji tapıntıları insanın bundan da erkən tarixi dövrlərdə yaşadığına dəlalət edir. Bu son tapıntının bizim birbaşa əjdadımızın qalıqları olub-olmadığı isə ayrıca bir məsələdir. Avropada aşkar edilmiş erkən homosların, müasir insanın yoxsa artıq yoxa çıxmış neandertalın və ya hər ikisinin əcdadı olub-olmaması ətrafında mübahisələr hələ də davam edir.

“Deyerler” AİN
Şərhlər(0) Baxış sayı:80 MARAQLİDİR! ilk avropalilar 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com