ANKARADA MƏHƏMMƏD FÜZULİNİN VƏFATININ 450 İLLİYİ MÜNASİBƏTİLƏ SİMPOZİUM KEÇİRƏLƏCƏK
intizar85 Aprel 6, 2008 16:21

İyunun 19-21-də Ankarada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Hüseyn Qazi Kültür və Sənət Vəqfinin birgə təşkilatçılığı ilə "Füzuli" simpoziumu keçiriləcək.
İnstitutdan APA-ya verilən məlumata görə, simpozium görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının 450 illiyinə həsr edilib. Tədbirdə M. Füzulinin ədəbi şəxsiyyəti, əsərləri, dövrü, dünyagörüşü və xalq sufizmi ilə əlaqəsi mövzusunda məruzələr dinləniləcək və son elmi araşdırmalar ətrafında müzakirələr aparılacaq.02.04.2008,

