Türkiyənin məhşur müğənniləri Məhəmməd Peyğəmbərə həsr olunmuş albom çıxarır
intizar85 Aprel 3, 2008 15:00Din / 22.03.2008 13:46
Türkiyənin məhşur müğənniləri Məhəmməd Peyğəmbərə həsr olunmuş albom çıxarır
İlahilərdən ibarət olan albomdan əldə ediləcək gəlirlə ölkədə təhsil müəssisələri yaradılacaq
Türkiyənin məhşur müğənniləri birlikdə ilahi albomu çıxarır. “İftixar Abidəmiz Əfəndimiz” adlı albomda Fərdi Tayfur, Muazzəz Ərsoy, Funda Arar, Hakan Altun, Uğur Işılak, Erhan Güləryüz, Fatih Kısaparmak, Zara, Murad Göyəbakan, Orxan Hakalmaz, Əhməd Özxan kimi tanınmış müğənnilər ilahi mahnılar oxuyacaq.
“Fond Musiqi İstehsalı” şirkəti tərəfindən hazırlanan albom, 1 Aprel 2008-ci ildə satışa çıxacaq. Albomun davamı olacağını bildirən şirkət rəhbəri Gürkan Vural albomdan əldə edilən gəlirlərlə Türkiyənin müxtəlif yerlərində imkansız uşaqlar üçün 11 ədəd təhsil müəssisəsinin tikiləcəyini söyləyib./
