Rusiya məktəblərində İslam dini tədris olunacaq
intizar85 Aprel 3, 2008 14:45Din / 26.03.2008 16:21
Rusiyada orta məktəblərdə 2009-cu ilin sentyabrın 1-dən başlayaraq “Dini-əxlaq mədəniyyəti” dərsi keçiləcək. “Mənəvi-əxlaq mədəniyyəti” dərsi məktəb proqramının tərkib hissəsi olacaq. Bu dərs 2-ci və 11-ci sinif şagirdlərinə keçiləcək. Şagirdlər həftədə iki dəfə bu məşğələlərdə iştirak edəcəklər və onlara dörd dinin əsasları barədə məlumat veriləcək.
Bu standartın əsasında regionlarda xüsusi təhsil proqramları işlənəcək. Burada məktəblilər və yaxud onların ailələri özləri hansı dini (yalnız bir dini) öyrənmək istədiklərin seçə bilərlər. Hər bir sinif yarımqruplara bölünəcək və hər bir qrupun dərs zamanı öz müəllimi və proqramı olacaq. Əgər valideynlər hər hansı konkret bir dinin keçilməsindən imtina edərlərsə, onda məktəblilərə ümumi etika yaxud, dinşünaslıq dərsi keçiləcək. Verilən məlumata görə, yalnız 4 din son deyil. Əgər digər dinin nümayəndələrinin də belə bir istəyi olarsa, hətta Şimalın kiçik xalqlarının da dinlərinə uyğun müvafiq proqramlar işlənəcək. Qeyd edək ki, Rusiyada artıq 15 regionda “Provslavlığın əsasları” dərsi keçirilir. Oxşar təcrübə Avropada, məsələn, Danimarka və Norveçdə də var: burada xarici məktəblilərə onların ölkələrində hakim olan dinin əsasları keçilir./ANS PRESS/
