Qətərdə İslam peyğəmbərindən bəhs edən TV kanalı açılır
intizar85 Aprel 3, 2008 14:18
Din / 01.04.2008 13:59
Şərhlər(0)
Baxış sayı:77
DİNİ XƏBƏRLƏR
qətərdə islam peyğəmbərindən bəhs edən
Qətərdə İslam peyğəmbərindən bəhs edən TV kanalı açılır
“Şairul-Rəsul” adlı kanal artıq bu gündən fəaliyyətə başlayır
Qətər Hz. Məhəmmədi (s.ə.v.) təhqir edən nəşrlərə cavab vermək üçün peyklə yayımlanacaq və sadəcə Hz.Peyğəmbərdən bəhs edəcək yeni bir televiziya kanalı açacaq.
Beynəlxalq “Şeyx Abdullah el-Ənsari Akademiyası”nın rəhbərliyi altında açılan və "Şairul-Rəsul" adlanacaq kanalda hazırlıq işləri artıq başa çatıb.
Kanalın 1 apreldə fəaliyyətə başlayacağını bildirən qurumun müdiri Əhməd əl-Qazı kanal sayəsində İslam mədəniyyətini inkişaf etdirmək, digər mədəniyyətlərin mənfi təsirlərindən qorumaq istədiklərini deyib.Kanalda əsasən Hz Məhəmmədin (ə.s.), digər peyğəmbərlərin həyatından bəhs edəcək filmlər, həmçinin İslam tarixi və İslam Dünyası barədə sənədli filmlər yayılacaq. Kanalda günün müəyyən saatlarında əcnəbilər üçün ingilis dilində də efir vaxtı olacaq. /ANSPRESS/

