Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 13
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 181
  • Bugünki hit: 52
  • Ümumi hit: 45974

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

Dünyanın ən kiçik kompyuteri

intizar85 Aprel 3, 2008 14:28

Dünyanın ən kiçik kompyuteri

Dünyanın ən kiçik kompyuteri 

Yaponiyanın “Fujitsu” firması dünyanın ən kiçik kompyuterini istehsal edib.

Standart qovluq kağızı ölçüsündə olan “Lifebook U1010S” noutbuklara alternativ kimi dizayn edilib. Hindistanda texnologiya sərgisində təqdimatı keçirilən “Lifebook U1010S” kompyuteri həvəskarlarının böyük marağına səbəb olub.

Cəmi 63 qram çəkisi olan yeni kompyuter asan daşındığı və asan istifadə olunduğu üçün digər kompyuterləri qabaqlayır. “Lifebook U1010S” bir masaüstü kompyuterdə olan bütün proqramları və texniki imkanları özündə cəmləşdirir. Firma rəhbərliyi sözügedən kompyuterlərə əsasən səyahət etməyi xoşlayan insanların həvəs göstərdiyini açıqlayıb.
”Fujitsu”nun baş direktoru İvan Kam “Lifebook U1010S”in texnologiya aləmində böyük yenilik olduğunu söyləyib: “Bu dünyada ən yüngül kompyuterdir. İlk baxışda standart kağız parçasını xatırladır. Onun adi əl bloknotundan demək olar ki, heç bir fərqi yoxdur. “Lifebook U1010S”in eyni zamanda həm optik (lazer) oxucusu, həm də sərt diski (hard disk) var”. “Fujitsu”nun yeni nəsil kompyuterlərini digərlərindən ayıran ən vacib xüsusiyyətlərdən biri də onun batareyalarının fasiləsiz 11 saat işləməsidir. Sözügedən batareyalar həm də kompyuterdəki məlumatların ələ keçirilməsinin qarşısını almaq xüsusiyyətinə sahibdir.
Texnologiya dünyasının tanınmış markalarından olan “Fujitsu” bu son məhsulu ilə önümüzdəki iki il içərisində ən çox satışla məşğul olan ilk 10 firmanın arasına girməyi hədəfləyir.
Şərhlər(0) Baxış sayı:104 MARAQLİDİR! dünyanın ən kiçik kompyuteri 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com