ƏN BAHALİ MƏSCİD
intizar85 Mart 5, 2008 22:24
Din / 05.03.2008 20:39
Şərhlər(0)
Baxış sayı:117
DİNİ XƏBƏRLƏR
ən bahali məscid
Dubayda dünyanın ən bahalı məscidi tikilərək istifadəyə verilib
Məscid bir çox xüsusiyyətinə görə dünya rekordlar kitabına namizəddir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə dünyanın üçüncü ən böyük məscidi tikilərək istifadəyə verilib. Bu dövlətin qurucusu hesab edilən Şeyx Zayed bin Sultan Əl Nayanın adına olan məscid bir çox xüsusiyyətinə görə, rekordlar kitabına namizəddir.
Məscid 75 metr hündürlük və 33 metr diametrlə dünyanın ən böyük gümbəzinə sahibdir. Bu məscidə dünyanın ən böyük xalçası döşənib. İranın Xorasan şəhərində 1200 qadın tərəfindən iki ilə toxunan xalçanın sahəsi 6 min kvadratmetr, ağırlığı isə 45 tondur. Xalçanın 8 milyon dollar qiyməti var və eyni vaxtda 9 min mömin bu xalçanın üstündə ibadət edə bilər. Məsciddə həmçinin dünyanın ən böyük kristal çilçırağı var. Çilçıraq xüsusi sifarişlə Almaniyada hazırlanıb, hündürlüyü və diametri 10 metrdir. Qiyməti isə 8 milyon dollardır. Yerlər 100 faiz İtaliyan mərməri ilə döşənib. Məscidin 82 böyük və kiçik gümbəzi ilə hərəsi 107 metr olan 4 minarəsi var. Məbədin xaricində 98, daxilində isə min 48 olmaqla ümumi min 146 ədəd sütun var. Binanın bir çox yerinə isə böyük plazma monitorlar yerləşdirilib ki, bunun sayəsində məsciddə oxunan moizəyə eyni vaxtda məbədin hər yerindən qulaq asmaq mümkündür. Məscid ümumilikdə 545 milyon dolara başa gəlib. /ANSPRESS
