Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 10
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 181
  • Bugünki hit: 56
  • Ümumi hit: 45978

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

DOZMUR UREK

intizar85 Fevral 21, 2008 23:54

DOZMUR UREK 

Dözmür ürək!

Dözmür ürək!

Yoxluğunun acısına dözmür ürək.

Hansı ümid, güman ilə

Bu hicranın yanğısına sinə gərək?

Gəl ki, sənin gəlişindən

Hamılıqla deyək, gülək...

Dözmür ürək!

Bu payızın hirsinə bax,

Ləçək-ləçək yarpaqları qırıb-tökür.

Camalının həsrəti də payız kimi

Xəzan edir ömrümüzü,

Ömrümüzün tellərini söküb-tökür.

Bir bülbüləm aşiq gülə,

Qaldım həsrət bircə gülə,

Mənsə güldən çox-çox uzaq,

Göz yaşlarım dönür selə.

Dözmür ürək!

İstəyirəm bir gül olum,

Bəlkə bir gün dərib məni,

Bəzəyələr stolunun üstünə.

Mən də ordan solanadək,

Həsrətilə baxım sənin üzünə.

İstəyirəm bir quş olub

Hey başına dolanım.

Ey mənim ahım-amanım!

Ey mənim əsrim- zamanım!

Sən bir şam ol, mən pərvanə,

Qoy başına dolanım, şövqündən yanım!

İstəyirəm dönüb olam bir göz yaşı,

Qatarlanıb kirpiyinə düzülüm.

Min aləm nuru gözəl gözündən,

O xalə toxunub yanağına süzülüm.

Dözmür ürək!

Sənsizliyin ağrısına dözmür ürək.

Bu bəla çölündə, axır zamanda

Bir sailəm, səndən ilham alan mənəm.

Zaman keçir, gözü yolda qalan mənəm.

                                                   VUSAL HUSEYNZADE

Şərhlər(0) Baxış sayı:103 POEZİYA dozmur urek 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com