Reklam verin!
اللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِدا ‏وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَك َطَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Fərəc duası

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 4
  • Keçən ayın hiti: 4714
  • Dünənki hit: 151
  • Bugünki hit: 31
  • Ümumi hit: 20942

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

Mehdi var!

intizar85 İyun 1, 2008 20:01
18-05-2008
Pərviz Əzimov
pervizezimov@gmail.com
 Mehdi var!

   İnsanları inancına görə təhqir etmək olmaz
   
   Axır vaxtlar “Antiaxund(ov)” yazısı ətrafında yazılan yazılar özünün absurd həddinə çatıb. Mən dindaram, həm də müasir bir gənc kimi liberal dəyərlərə ehtiramla yanaşıram. Amma Gəncalp kimi özünü liberal dəyərlərin tərəfdarı kimi qələmə verməyə çalışanlar insanda liberalizmə qarşı məhəbbətdən çox, nifrət hissi oyadır.
   Təsəvvür edin, liberal mövqeli birisi toplumun bir qismini inancına görə təhqir edir.
   Güntay Mehdiçiliyin bir mif olduğunu, belə bir insanın ümumiyyətlə, dünyaya gəlmədiyini, bu qədər yaşamasının qeyri-mümkünlüyünü söyləyir.
   Əvvəl Mehdi (ə)-ın dünyaya gəlib-gəlməməsini aydınlaşdıraq.
   Müəllif özü mötəbər hesab etdiyi mənbələrdən sitat gətirib yazır ki, imam Həsən Əsğəri (ə)-ın Cəfər adlı bir qardaşı var idi və o xalq arasında Kəzzab Cəfər, yəni yalançı Cəfər kimi tanınırdı (bəzi mənbələr hətta imamın ozünün də qardaşını belə adlandırdığını qeyd edir- P.Ə.). Sonra yazır ki, Həmin Kəzzab Cəfər Allahın birliyinə and içib ki, qardaşının heç vaxt övladı olmayıb. Bu fikir nə qədər ziddiyyətli olsa da, bir o qədər də gülməlidir. Deməli, müəllif bir yalançının sözünə inanır və həqiqətən də Mehdin(ə)-in dünyaya gəlmədiyini qeyd edir, amma digər mötəbər mənbələrin əks məlumatlarına yox? Halbuki istər şiə, istərsə də sünni alımlərinin əsərlərində Mehdi (ə)-ın varlığı haqqında çoxlu məlumatlar var. Bu tip alimlərdən olan və sünnilərin 5 ən mötəbər mənbələrindən biri hesab edilən alim Nasirəddin Əlbanı özünün “Ət-Təmaddinul-islami” (hicri 1371 ci il) əsərində yazır:
Davamı...
Şərhlər(0) Baxış sayı:23 İyun 1, 2008 20:01 mehdi var 

Kimin yeri dəlixanadır?

intizar85 İyun 1, 2008 19:57
18-05-2008
Vüqar Məmmədov
almaqezeti@gmail.com
 Kimin yeri dəlixanadır?

   “Hər şey axır, hər şey dəyişir” deyirlər. Amma dəyişməyənlər də var - bizim “formaca intelligent, məzmunca cahil”lər kimi. Bir əsrdir ki, onların çağdaşlığının üzü də, astarı da sabitdir: fərqli qiyafətlərə aludəlik, dinimizə, imanımıza həqarət.
   Buyurun, baxın «Alma» qəzetinin 13-19 aprel 2008-ci il tarixli sayında yeni çağdaşbaşlımız Güntay Gəncalpın ««Antiaxundov» yazısı üzərinə tənqidi baxış»larına. Bu da sizə onun “fətva”sı: “Bu gün «Mehdi» gözləyən insanların hamısının yeri dəlixana olmalıdır!”
   Nəyə görə?
   “Çünki elmi baxımdan bir insanın qeyb olub min illər boyunca yaşaması mümkün deyildir. İnsanın hüceyrələri, yaradılışı buna imkan vermir”, bir də “Atatürk ... .”.
   Üç min ilə yaxındır ki, yəhudilər müvəqqəti ibadətgahda - sinaqoqda ibadət edir, Babil çarı II Navuxodonosor tərəfindən uçurulmuş məbədlərinin, yolunu gözlədikləri Maşiax tərəfindən bərpa ediləcəyinə inanırlar. İki min ildən artıqdır ki, xaçpərəst dünyası Xristosun dirilib onları xilas edəcəyinə inanır. Hamı gözləyir...
   İndi biz - Hz. Mehdini (ə.f.) gözləyən milyonlar, bu dəlixana “streloçnik”inə necə başa salaq ki, sənin inamsızlığın təcrübi müstəvidə, bizim inamımız isə ilahi müstəvidə bərqərardır. Əgər sizin sözlərinizi “Quran ayəsi” hesab etsək, onda yer üzü dəlixanadır.
   Mənim inancım isə budur ki, Qurani-Kərim Allah kəlamıdır. Açıq hesab etdiyiniz gözlərinizi açıb, qeyri-mümkün hesab etdiyiniz hadisələrin keçmişdə baş verməsini oxuyun: «(Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: «Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)” - demişdilər. Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik. Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq» (Əl-Kəhf, 10-12).
Davamı...
Şərhlər(0) Baxış sayı:14 İyun 1, 2008 19:57 kimin yeri dəlixanadır 

DİALEKTİKA

intizar85 İyun 1, 2008 19:52
27-04-2008
 DİALEKTİKA
 

   Həmid Herisçi,
   İlhamiyyə Rzayeva

   
   
marakaqol@rambler.ru
  
 
   Başına döndüyüm Təbrizi qoca Şərqdəki digər mədəniyyət mərkəzlərindən fərqləndirən bir çox müstəsna cəhətlər var ki, onların birini indi bu yazımda xüsusən qabartmaq istərdim. Səbrinizi imtahana çəkib sükuta dalıram, istəyirəm ki, siz… bəli, əvvəlcə məhz siz özünüz Təbrizin bu özəl xüsusiyyətlərini bircə-bircə paslanmış yaddaşınızda dirildəsiniz. Siz özünüz mənə deyəsiniz ki, qoca Şərqin inqilab nənnisini daim yırğalayan Təbriz şəhəri hansı özəlliyi ilə tarixdə ad çıxarıb. Görürəm ki, alnınızın qırışları dərinləşir, nəyisə yadınıza salıb verdiyim sadə suala cavab verməyə tələsirsiniz, ancaq diliniz ağzınızda topuq vurur, qorxursuz səhv edib oxucularım qarşısında çətin duruma düşəsiniz. "İnqilab, fədailər, Səttarxan, məşrutə"- yaddaşınızda ilk olaraq bu anlayışların parıldaması, bəli, çox təbiidir, başqa cür ola da bilməz. Tarixçi Əhməd Kəsrəvinin "Tarixi məşruteyi İran" kitabından ömrünüzdə bircə səhifə oxumasanız da, haradansa ordan-burdan Təbrizin inqilab ənənələrinə bələdsinizsə, vallah, necə deyərlər "heyvanına min şükür, ay Allah"…

Davamı...
Şərhlər(0) Baxış sayı:16 İyun 1, 2008 19:52 dialektika 

“Antiaxundov” yazısı üzərinə tənqidi baxış

intizar85 İyun 1, 2008 19:47

 13-04-2008

Güntay Gəncalp
guntay_gencalp@yahoo.com

 “Antiaxundov” yazısı üzərinə tənqidi baxış

   Şah İsmayıl, "Xilaskar Mehdi anlayışı" və Şərq Cəhaləti
   
  
 "Alma" qəzetinin ötən saylarının birində “Antiaxundov” (Həmid Herisçi) adlı bir yazı yayınlanıb. Azərbaycan düşüncə həyatında Axundovun önəmi və bəzi dostların da istəkləri üzərinə bu mözuyla bağlı dəyərləndirməmi oxucuların diqqətinə təqdim edirəm.
   
   Azərbaycan düşüncəsində Qərb axımı
   
   Azərbaycan düşüncə həyatında Qərb mədəniyyəti ilə bağlı üç axım mövcud olub. Birinci axım Qərbin elmi, fəlsəfi, insan haqqları anlayışlarını, sekulyar və demokratik nailiyyətlərini bütünlüyü ilə qəbul etməyi zəruri hesab edirdi. Qərb metodologiyası insanı, varlığı, sosial ədaləti elmi şəkildə qavrama yolundadır. Şərqə düşən əsas vəzifə Qərbi öyrənmək və Şərqi qərbləşdirməkdən ibarətdir. Qərbçi axımın düşüncəsi bundan ibarət olmuşdur. Bu axım belə hesab edirdi ki, Şərqin qaranlıq dünyasını aydınladacaq işıq Qərbdədir. İnsanın azad və tərəqqi yolunda yaşamasına xidmət edəcək sistem hardadırsa onu qəbul etmək lazımdır. Şərqdə olduğu kimi, Qərbdə də bu azadlıq anlayışı yolunda bir çox düşüncə adamı din mərkəzli məhkəmələr tərəfindən məhv ediliblər. Ancaq Qərbdə sonunda bilim, fəlsəfə, ədalət, insan haqqları və demokratiya anlayışları qalib gəlib. Şərqdə isə din Orta Əsrlər bütün amansızlığı ilə davam etməkdədir. Qərb mədəniyyəti azad yaşamaq istəyən insanların ortaq nailiyyətləridir. Onu sırf Qərb məsələsi saymaq doğru deyildir. Bu axımın başında böyük fikir adamı M. F. Axundov durmaqdadır. Türkiyədə isə Türk aydınları qərbləşməklə adamlaşmaq terminlərini sinonim kimi işlədirdilər.

Davamı...
Şərhlər(0) Baxış sayı:19 İyun 1, 2008 19:47 “antiaxundov” yazısı üzərinə tənqidi baxış 

ANTIAXUN ( OV )

intizar85 İyun 1, 2008 19:35
ANTİAXUND(OV)
 

   Həmid Herisçi,
   İlhamiyyə Rzayeva

   
   
marakaqol@rambler.ru 
   

   TEZİS-ANTİTEZİS
   
   80-ci illərin sonunda, bizi axmaq yerinə qoymuş yenidənqurma qasırğası Sovet məmləkətini təzə-təzə silkələdiyi dönəmdə- muştuluğumuzu verin! - Azərbaycan Yazarlar Birliyinə qardaş Latviyadan aşağıdakı məzmunlu bir mübarək məktub gəlir: "Hörmətli yoldaşlar! Bizim latış ədəbiyyatını qardaş sovet xalqları ailəsinə daxil olan digər xalqların dilinə tərcümə etmək, bu sahədə tərcüməçilər yetişdirmək fikrindəyik. Xahiş edirik, Riqaya iki istedadlı şair göndərin ki, onlara latış dilini öyrədək".
   Tezliklə iki gənc yazar- şair Vəli Səyyadi, nasir İlyas Ərnəfəs şələ-küləsini belinə yığıb səfərə hazırlaşır, yaallah, lazımı təyinatla uzaq Baltika sahillərinə yollanır Bakının kirli-zibilli "Sabunçu" vağzalından.

Davamı...
Şərhlər(0) Baxış sayı:19 İyun 1, 2008 19:35 antiaxundov 

İSVEÇRƏ İSLAM BANKI YARADIR

intizar85 Aprel 6, 2008 18:27

 

bank

İslam dininin normalarına uyğun olan bank xidmətləri bazarında davam edən bum, İsveçrədə xüsusi İslam maliyyəsi institutu yaradılması barədə olan planları canlandırmağa təşviq etmişdir.

Davamı...
Şərhlər(0) Baxış sayı:39 Aprel 6, 2008 18:27 isveçrə islam banki yaradir 

LONDONDA MÜSƏLMAN YAZIÇILARI MÜKAFATLANDIRILACAQLAR

intizar85 Aprel 6, 2008 18:22

MUKAFAT

 Böyük Britaniyanın baş naziri görkəmli dövlət, mədəniyyət və incəsənət xadimlərinin mükafatlandırılması məqsədilə Londanda keçiriləcək mərasimdə müsəlman yazıçılarının da mükafatlandırılacaqlarını bildirmişdir. Bu mərasim «İslam Chanel» kanalı ilə ölkə daxilində və xaricdə yayınlanacaqdır.


Davamı...
Şərhlər(0) Baxış sayı:52 Aprel 6, 2008 18:22 londonda müsəlman yaziçilari mükafatlandirilacaqlar 

BU GÜN HƏSƏNAĞA TURABOVUN DOĞUM GÜNÜDÜR

intizar85 Aprel 6, 2008 18:03

 

HƏSƏNAĞA TURABOV

Yaşasaydı, bu gün 70 yaşı tamam olacaqdı

Yaşasaydı, bu gün 70 yaşı tamam olacaqdı. Bu gün Azərbaycanın böyük sənətkarı, Xalq artisti Həsənağa Turabovun doğum günüdür. Həsənağa Turabov 1938-ci ildə martın 24-də Bakıda anadan olub. 1956-1960-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda Mehdi Məmmədovun kursunda aktyorluq təhsili alib.
Davamı...
Şərhlər(0) Baxış sayı:39 Aprel 6, 2008 18:03 həsənağa turabov 

«TƏRCÜMƏ NƏZƏRİYYƏSİ MÜSTƏVİSİNDƏ TÜRKİYƏ TÜRKCƏSİ və AZƏRBAYCAN DİLİ» KİTABI ÇAPDAN ÇIXIB

intizar85 Aprel 6, 2008 17:54

 

YENİ KTAB YENİ NEŞR

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Əsgər Rəsulovun «Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili» kitabı çapdan çıxıb

Kitabda müasir tərcüməşünaslığın ən yeni sahələrindən olan qohum dillərdən tərcümə nəzəriyyəsi müstəvisində türk dilləri ailəsinin iki qardaş dili – müasir Türkiyə türkcəsi və Azərbaycan dilinin materialları əsasında və sinxron planda şifahi və yazılı tərcümənin fonetik, leksik-semantik və qrammatik problemləri işıqlandırılır.

Davamı...
Şərhlər(0) Baxış sayı:47 Aprel 6, 2008 17:54 «tərcümə nəzəriyyəsi müstəvisində türkiyə türkcəsi 

RAMİZ RÖVŞƏN: "AZƏRBAYCANDA İNSANLARIN ŞUURUNU, ƏXLAQINI, MƏNƏVİYYATINI ƏDƏBİYYAT və SƏNƏT YOX, TELEKANALLAR FORMALAŞDIRIR".

intizar85 Aprel 6, 2008 17:45

 

RAMİZ RÖVÇƏN

“Hazırda ”Aclıq ilinin balıqları" kitabımı çapa hazırlayıram. Rejissor Şamil Nəcəfzadə ilə birgə yazdığımız ssenari əsasında çəkilən “Qala” filminin təqdimatı isə yaxın günlərdə keçiriləcək. “Xəyanət” adlı yeni bir ssenari üzərində işləyirəm. Müasir həyatdan bəhs edən bu ssenaridə xırda xəyanətlərin böyük xəyanətlərə çevrilməsindən danışılır". Bu açıqlamanı APA-ya şair Ramiz Rövşən verib. Müharibə mövzusunun ədəbiyyat üçün həmişə aktual olduğunu bildirən şair Qarabağ müharibəsinin təsiri ilə böyük ədəbi əsərlərin yaranmasının hələ tez olduğunu söyləyib:

Davamı...
Şərhlər(0) Baxış sayı:42 Aprel 6, 2008 17:45 ramiz rövşən 

  Yazılar cəmi: 146    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com